- Baxış sayı: 72
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinalın 2-ci oyunlarına start verilib.
Allsport.az xəbər verir ki, yüksək liqada ilk finalçı MOİK-lə “Azərreyl” arasında matçda müəyyənləşib.
İki gün əvvəl 3 setdə qalib gələn “dəmiryolçular” bu dəfə də quru hesabla qalib gəliblər – 3:0. MOİK matçda cəmi 44 xal toplaya bilib. Onlar çıxışını bürünc medal uğrunda davam etdirəcəklər.