AVF ilə GVF arasında anlaşma

Azərbaycan voleybol federasiyası (AVF) və Gürcüstan voleybol federasiyası (GVF) arasında memorandum imzalanıb.

Allsport.az xəbər verir ki, sənədə AVF-nin prezidenti Şahin Bağırov və ölkəmizdə səfərdə olan GVF-nin prezidenti Georgi Kartvelişvili qol çəkiblər.

Aprelin 23-də qadın voleybolçular arasında Azərbaycan çempionatının final qarşılaşmasından əvvəl mərasimdə AVF-nin nümayəndələri də iştirak ediblər.

Memorandumda iki ölkənin federasiyaları arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi əksini tapıb. Tədbirdə bildirilib ki, imzalanan bu sənəd Azərbaycan və Gürcüstan arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.

Həmin kateqoriyadan