“Bu gün bəxt rəqib tərəfdə idi”

Bakı idman sarayında kişi voleybolçuların yüksək liqasında qalib müəyyənləşdi. Allsport.az saytı xəbər verir ki, “Azərreyl” nəfəs kəsən görüşdə “Murov Az Terminal”a qalib gəldi – 3:2 (29:27, 25:27, 19:25, 32:30, 15:13). Məyus tərəfin baş məşqçisi Fərid Cəlalov yenilgiyə aydınlıq gətirdi:

“Belə gərginlik olmamışdı. Böyük kütlə qarşısında oynamaq asan deyil. 4-cü setdə 3 dəfə matç-point bizdə olsa da, bunu lehimizə çevirə bilmədik. Bu gün bəxt rəqib tərəfdə idi. İlk seti özümüz verdik.

Bəhanəni sevmirəm. Rəqib yaxşı oyun nümayiş etdirdi, topu qəbul etmədə və blokda, biz isə müdafiə və blokda yaxşı oynadıq. Bu voleyboldan həzz aldım. 8 yerli oyunçudan 7-si milliyə dəvət alıb. ”

Həmin kateqoriyadan