AVF rəhbərliyi “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində

Azərbaycan voleybol federasiyasının prezidenti Şahin Bağırov və baş katibi Faiq Orucov “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində olublar. Allsport.az saytı xəbər verir ki, Bakıda AVF-nin idman zalında təşkil olunan görüşdə düşərgə iştirakçıları və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmaya kömək edən bölgələrdən cəlb olunan məşqçi-müəllimlər iştirak ediblər.

Rəhbərlik, öncə iştirakçıları və məşqçilər heyətini Novruz bayramı münasibətilə təbrik edib. Görüşdə federasiya rəhbərinə burada uşaqlar üçün yaradılan şərait və düşərgənin proqramı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məşqlər müxtəlif proqramlar üzrə AVF-nin idman zalında keçirilir, düşərgə iştirakçıları üçün hər cür şərait yaradılıb.

Federasiya rəhbəri uşaqlara məşqlərə, eləcə də, dərslərə ciddi yanaşmalarını, peşəkar voleybolçu olmaq, gələcəkdə ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etmək yolunda var gücləri ilə çalışmalarını tövsiyə edib. Sonda xatirə şəkli çəkilib.

Həmin kateqoriyadan