“Azərreyl” – çempion!

Qadın voleybolçular arasında yüksək liqasının qalibi bəlli olub. Allsport.az xəbər verir ki, bu gün Bakı idman sarayında final matçında “Azərreyl” və “Abşeron” klubları üz-üzə gəliblər.

Gərginliyi ilə yadda qalan bu görüşdə “dəmiryolçular” 3:1 qalib gələrək, ölkə çempionu adını qazanıb. “Abşeron” isə gümüş medala sahib çıxıb. Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə “Gəncə”ni məğlub edən “Murov Az Terminal” klubu qazanıb.

“Azərreyl” – “Abşeron” 3:1 (25:13, 15:25, 25:21, 25:21)

Həmin kateqoriyadan