“İlkin vəzifənin öhdəsindən gəldik”

“Mövsümün ilkin mərhələsinin son oyununda “Azərreyl”lə qarşılaşdıq və güclü rəqibə qalib gəldik”.

Allsport.az xəbər verir ki, bunu “Abşeron”un kapitanı Ülkər Kərimova deyib.

Təcrübəli voleybolçu pley-off barəsində danışıb: “İlkin vəzifənin öhdəsindən gəldik, komandanı təbrik edirəm. Pley-offda “Murov Az Terminal”la qarşılaşacağıq. İnanıram ki, bu gün göstərdiyimiz oyunu güclü rəqiblə görüşdə də davam etdirəcəyik. Mövsümün əvvəlində qarşımıza çempionluq məqsədi qoymuşuq. Komandaya inanıram. Hədəfimizə çatacağımıza ümid edirəm”.

Qeyd edək ki, “Abşeron” son turda lider “Azərreyl”ə qalib gələrək, ilkin mərhələni 2-ci pillədə başa vurub.

Həmin kateqoriyadan