ABF gənc basketbolçuları təltif etdi

ABF rəhbərliyi MOK-da basketbol üzrə U-18 və U-16 milli komandalarımızın Avropa çempionatının “C” divizionundakı uğurlu çıxışı ilə əlaqədar komanda üzvləri ilə görüş keçirib. Allsport.az saytı xəbər verir ki, görüşdə çıxış edən federasiyanın prezidenti Nadir Nəsibov bunu söyləyib:

“U-18 San Marinoda böyük uğur qazandı. Endər Poladxanlı isə ən dəyərli oyunçu seçildi. Bu onu göstərir ki, yığmamızın böyük potensialı var. Biz federasiya olaraq 5, 7, 10 illik proqram üzrə işləyirik. U-18 gələn ildən U-20 kimi yarışlara qatılacaq.

Bu komanda 5 il sonra əsas yığma olacaq. İnanıram ki, ölkənin şərəfini uğurla qoruyacaqsız gələcəkdə. U-16-nın gümüş medalını da qızıl kimi dəyərləndirirəm. Çünki bu komanda cəmi 7 aya formalaşmışdı”.

Həmin kateqoriyadan