Keçmiş NBA ulduzu həbs olunub

NBA-nın keçmiş basketbolçusu Ben Maklemor zorlama ittihamı ilə həbs edilib.

Allsport.az xəbər verir ki, 31 yaşlı idmançı hazırda Klakkamas qraflığının həbsxanasındadır.

Clackamas County şerif ofisinin saytına görə, Maklemor birinci dərəcəli zorlama, birinci dərəcəli qeyri-qanuni cinsi əlaqə və ikinci dərəcəli cinsi təcavüz ittihamları ilə üzləşir.

Maklemor “Sacramento” tərəfindən 2013 NBA Draftında yeddinci seçilmişdi.

Həmin kateqoriyadan