“Xəzri” və “Neftçi” ölkə kubokunun finalında!

“Sərhədçi” idman mərkəzində basketbol üzrə Azərbaycan kubokunun yarımfinal oyunları baş tutub.

Allsport.az xəbər verir ki, günün ilk yarımfinal oyunu “NTD-İndiqo” və “Xəzri” komandaları arasında baş tutub. Yerli basketbolçuların inamlı oyunu sayəsində “Xəzri” klubu görüşü 78-73 hesablı qələbə ilə tamamlayıb.

Ən məhsuldar basketbolçular: “NTD-İNDİQO” (Elşad Şirzadov – 16 xal, 4 götürmə), “Xəzri” (Vüqar Məmişov – 18 xal, 3 götürmə).

Günün ikinci yarımfinal oyununda “Neftçi” və “Sərhədçi” klubları qarşılaşıblar. Oyun “Neftçi” klubunun 91-73 hesablı qələbəsi ilə bitib.

Ən məhsuldar basketbolçular: “Neftçi” (Ceyms Haforn – 19 xal, 5 götürmə), “Sərhədçi” (Ramiz Quliyev – 15 xal, 4 ötürmə).

Həmin kateqoriyadan