“Çalışacağıq ki, özümüzü toparlayaq”

“Rəqib çox istəkli idi, axıra qədər mübarizə apardı və qələbə qazandı”.

Allsport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Anar Sarıyev deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının XVII turunda “Xırdalan”a 109:114 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb. O bildirib ki, hədsiz çox səhvlərə yol veriblər: “Növbəti məşqlərdə onların üzərində ciddi işləməliyik. Elə həmin səhvlər ucbatından da qələbə qazana bilmədik. Gələn oyunlara daha yaxşı hazırlaşmalıyıq. Çalışacağıq ki, özümüzü toparlayaq və növbəti qarşılaşmalarda daha yaxşı oyun nümayiş etdirək”.

Həmin kateqoriyadan