“Hər cür vəziyyətə hazır olduğumuzu göstərdik”

“Hər cür vəziyyətə hazır olduğumuzu göstərdik”

“Basketbolçularım ciddi güc sərf etdilər”.

Allsport.az xəbər verir ki, bunu “Xırdalan”nın baş məşqçisi Uğur Özdəmir deyib.

Azərbaycan Basketbol Liqasının XVII tutunda “Neftçi”yə 114:109 hesabı ilə qalib gələn mütəxəssis bildirib ki, görüşün hər saniyəsi gərgin mübarizə ilə yadda qalıb: “Bu qələbə turnir cədvəlində sıralamanı dəyişdirdi, amma daha vacibi gözəl oyun sərgiləməyimiz oldu. Öncədən 2 oyunçumuzun olmayacağı bəlli idi. Buna baxmayaraq, hər cür vəziyyətə hazır olduğumuzu göstərdik. Pley-offda yenidən rəqibimiz “Neftçi”dir. Çox çətin oyun olacağını bilirik. Onların çox keyfiyyətli oyunçu və məşqçi heyəti var. Amma pley-offda da məqsədimiz azarkeşlərə baxımlı oyun nümayiş etdirmək olacaq”.

Qeyd edək ki, bu qələbədən sonra xalını 28-ə çatdıran “Xırdalan” 4-cü pilləyə yüksəlib. Eyni xala malik olan “Neftçi” isə 5-cidir.

Həmin kateqoriyadan