“Xırdalan” 4-cü pilləyə yüksəlib

“Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL) 17-ci turunun ikinci oyunu baş tutub.

Allsport.az xəbər verir ki, “Neftçi” və “Xırdalan” klublarının üz-üzə gəldiyi oyunun əsas vaxtı 89-89 hesabı ilə yekunlaşıb. İki əlavə vaxtın olduğu oyunda daha yaxşı təsir bağışlayan “Xırdalan”, Teyvion Körk ‘ün də 45 xalla tripl-dabl etməsi sayəsində rəqibi üzərində 114-109 hesablı qələbə qazanaraq, turnir cədvəlində “Neftçi” ni geridə buraxıb.

Ən məhsuldar basketbolçular: “Neftçi” (Di Angelo Stüart – 35 xal, 5 ötürmə), “Xırdalan” (Teyvion Körk – 45 xal, 11 götürmə, 10 ötrümə)

Həmin kateqoriyadan