DÇ-2014
Azərbaycan komandası dominikanlılara da uduzdu

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının 2-ci qrup mərhələsinin 2-ci turunda, bu gün millimiz Dominikan Respublikasının komansadı ilə görüşüb.

Allsport.az saytı xəbər verir, qızlarımız oyuna yaxşı başlasa da, sonradan təşəbbüsü rəqibə verib. Bunun nəticəsində mərkəzi amerikalılar sonda qalib gələn tərəf olublar.

Seçməmizin hesabında 2 xal var və o, autsaytderdir. Bundan öncə millimiz 1:3 hesabı ilə meydan sahibələrinə uduzub.

II qrup mərhələsi,  “E” qrupu
1 oktyabr, II tur

Dominikan Respublikası – Azərbaycan – 3:1 (23:25; 25:11; 25:21; 25:17)

Həmin kateqoriyadan