Elvin Mürsəliyev: İslam oyunlarında qələbəni İslama bağlı şəkildə qeyd etməyə borcluydum

«Çəkimdə güclü rəqiblər mən olan qrupa düşmüşdü. Final görüşü bir az gərgin keçdi. Türkiyəli həmkarım güləşimə bələd idi». Allsport.az saytı xəbər verir ki, bunu yunan-Roma güləşçisi Elvin Mürsəliyev dedi (75 kq) dedi. Onun sözünə görə, onların baş məşqçi zamanında burda işlədiyindən, onu yaxşı tanıyb:

«Rəqib mübarizəyə imkan vermirdi. Yorulduğundan, vaxtaşırı həkimə müraciət edirdi. Fikrimcə, görüş bunda da yaxşı keçə bilərdi. Hər nə olursa olsun, yekunda kiçik hesabla olsa belə, qalib gəldiyimə sevinirəm.

İslam oyunları Vətəndə keçirildiyindən, qələbəni özümə məxsus şəkildə qeyd etdim. Fəxri dövrədən sonda bayrağı döşəyin üzərinə sərib səcdə getdim, bir müsəlman olduğu nümayiş etdirdim».

Həmin kateqoriyadan