- Baxış sayı: 33
- 25 Aprel 2024 21:42
- Baxış sayı: 45
- Aprel 23, 2024
- 0
U-24 kişi həndbolçulardan ibarət millimiz Tiflisdə inkişaf etməkdə olan ölkələrin dünya çempionatında çıxış edir. Allsport.az saytı xəbər verir ki, “A” qrupunda yer alan bizimkilər ilk görüşdə hindistanlı həmkarlarına 45:29 hesabı ilə qalib gəlib.
Növbəti qarşılaşmada Kolumbiya yığmasına 30:35 yenilən əl topu ustalarımız, bu gün Böyük Britaniya komandasına 1 top fərqı məğlub olub (35:36). Millimiz 2 xalla qrupda 3-cü yerə düşüb.