Kseniya Qoçigid: Çempionata qələbə ilə başlamaq xoşdur

“Bu yarışa uzun müddət hazırlaşmışıq. Mübarizəyə mümkün qədər tez qoşulmaq istəyirdik. Macarıstan yığması ilə oyunun ilk seti uğurla getmirdi. Amma sonradan dönüş yarada bildik”.

Allsport.az saytı xəbər verir ki, bunu Avropa çempionatında Macarıstan komandası ilə matçda 3:0 qalib gələn millimizin bloklayıcısı Kseniya Qoçigid (Poznyak) deyib. Onun sözünə görə, Türkiyə, Serbiya və Rusiya əsas rəqiblərdəndir:

“Biz arenaya tez gəldik, məşqə başladıq. Çempionata qələbə ilə başlamaq xoşdur. Fikrimcə, Türkiyə, Serbiya və Rusiya yığmaları finala gedən yolda bizim ən güclü rəqiblərimizdir. Macarıstanla oyun göstərdi ki, hamı ilə oynamaq və qalib gəlmək mümkündür”.

Həmin kateqoriyadan