“Lokomotiv”dən növbəti sensasiya!

Qadın voleybolçular arasında ölkə Super Liqasında 4-cü turun oyunları başlayıb. Allsport.az saytı xəbər verir ki, açılış matçında “Lokomotiv” klubu “Rabitə”i qəbul edib. İlk turda qızıl medallara iddialılardan sayılan “Azəryol”u məğlub edən “dəməryolçular”, bu dəfə son illərin dəyişməz çempionunu büdrədib.

Nəticəyə gəlincə, gərgin matçda set hesabında ev sahibi 2 kərə irəli keçsə də, hər dəfə Dejan Brdjoviçin komandası vəziyyəti bərabərləşdirməyi bacarıb.  Belədə, qalibi ta-brek müəyyənləşdirib. Burada da üstün oynayan “Lokomotiv”, yarış cədvəlində liderliyini möhkəmləndirib – 3:2 (25:22; 18:25; 25:23, 21:25, 15:13).

 

Həmin kateqoriyadan