LAYİHƏ
Postsovet məkanında ilk Avropa çempionatı

2017-ci il Azərbaycan voleybolu tarixində xüsusi yer tutacaq. Böyük uğurlar yoluna qədəm qoymuş qadın millimiz idman tarixində yeni səhifələr açdılar. Hadisələrlə zəngin mövsümün 5-ci ayında paytaxtda keçirilmiş İslam həmrəyliyi oyunlarında qızıl medal qazanan qızlarımız, çox keçmədi, yenə baş şəhərdə, Bakı İdman Sarayında təşkil edilmiş dünya çempionatının 3-cü ələməsində bir görüş belə məğlub olmadan qrupda 1-ci yer tutaraq tarixində 4-cü dəfə finallara çıxdı və son dönəmdə müxtəlif mötəbər yarışların əsas mərhələlərə adlamasının qeyri-təsadüfliyini göstərməklə, iddialarını da sübut etmiş oldular.

Bir müddətdir mötəbər tədbirlərin keçirilmə mərkəzi sayılan Azərbaycanda müxtəlif olimpiya növlərində nüfuzlu yarışlar keçirilsə də, voleybol bu prosesdən kənar qalmışdı. Halbuki, 2002-ci ildə Bakı Top-komandanın finalına ev sahibliyi etdi, 2 il sonra olimpiya təsnifat mərhələsini keçirdi və həmin gərgin mübarizədə finalda Türkiyə millisinə qalib gələn Almaniyanın qadın voleybolçuları Afina-2004-ə vəsiqə qazandılar. Sonra bizdə təsnifat mərhələləri keçirildi. 2014-cü ildə «Rabitə» klubu çempionlar liqasının «dördlər finalı»na ev sahibliyi etdi. Elə həmin il Antalyada keçirilən Avropa Voleybol Konfederasiyasının konqresində Azərbaycan üçün mühüm qərar verildi. Türkiyə toplantısında qadınlar arasında qitənin ən güclülərinin yarışını bizə həvalə olundu. Qonşu Gürcüstan bu bayramdan kənar qalmasın deyə, CEV 1 qrup görüşlərini lə onlara tapşırdı. Qalan 3 qrup matçları, yarımfinal və final, eləcə də açılışla bağlanış mərasimləri Odlar yurdunda baş tutacaq. Göygöl rayonunun voleybol həyacanına qoşulması qərb zonasında bu idman növünün inkişafına təkan verəcək. Fərəhlidir ki, qadırların Avropa çempionatı keçmiş SSRİ ölkələri üzrə ilk dəfə məhz bizdə təşkil olunacaq.

Voleybolçularımızın uğurları tək tarixdə yeni səhifələr açılması baxımından əhəmiyyətli hadisə deyil. Bütün idman növlərində olduğu kimi böyük nailiyyətlərin özünün də hər 4 ildən bir böyük sınaq meydanı var. Təbii ki, bu da olimpiya oyunlarıdır. Azərbaycanda tarixi ənənələri olan bir növün üzərinə isə bu mənada böyük yük düşür. Hər dəfə top komandadan söz düşəndə, ilk növbədə, onların adları çəkilir. Üstəlik, millimiz müstəqillik tarixində Avropa və dünya çempionatlarının finallarında iştirak etməklə,  ətrafa yeni səs salıblar. Digər yandan, olimpiya uğurları tək zəfər anı deyil. Bu hər ötən dövrün hesabat məqamı, ələlxüsus da cəmiyyətdə oynadığı rola görə həm də milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri olmaqla inkişaf səviyyəsinin göstəricisidir. Demək, hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu uğurların imtahan məqamı qarşıdakı 3 gündə start götürəcək qitənin ən güclülərinin yarışında qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, 2020-ci ildə yetişəcək Tokio oyunları deyəcək. Demək, hələ görüləsi işlər də var, fəth olunası zirvələr də.

«A» qrupu, Bakı

22 sentyabr
18:00 Azərbaycan – Macarıstan
20:30 Polşa – Almaniya

23 sentyabr
18:00 Polşa – Macarıstan

24 sentyabr
18:00 Azərbaycan – Polşa
20:30 Almaniya – Macarıstan

25 sentyabr
18:00 Azərbaycan – Almaniya

«B» qrupu, Tiflis

22 sentyabr
17:00 İtaliya – Gürcüstan
20:00 Belarus – Xorvatiya

23 sentyabr
17:00 Gürcüstan – Xorvatiya
20:00 İtaliya – Belarus

24 sentyabr
17:00 Gürcüstan – Belarus
20:00 Xorvatiya – İtaliya

«C» qrupu, Bakı

22 sentyabr
15:30 Ukrayna – Rusiya

23 sentyabr
15:30 Bolqarıstan – Ukrayna
20:30 Türkiyə – Rusiya

24 sentyabr
15:30 Bolqarıstan – Türkiyə

25 sentyabr
15:30 Rusiya – Bolqarıstan
20:30 Türkiyə – Ukrayna

«D» qrupu, Göygöl

22 sentyabr
17:00 Sebiya – Çex Respublikası
20:00 Niderland – Belçika

23 sentyabr
17:00 Çex Respublikası – Belçika
20:00 Sebiya – Niderland

24 sentyabr
17:00 Belçika– Sebiya
20:00 Çex Respublikası – Niderland

Pleyoff

26 sentyabr, Bakı
00:00 «B» qrupunun 2-cisi – «D» qrupunun 3-cüsü ilə
00:00 «D» qrupunun 2-cisi – «B» qrupunun 3-cüsü ilə

27 sentyabr, Bakı
00:00 «A» qrupunun 2-cisi – «C» qrupunun 3-cüsü ilə
00:00 «C» qrupunun 2-cisi – «A» qrupunun 3-cüsü ilə

1/4 final

28 sentyabr, Bakı
00:00 «B-1» – «D-2» – «B-3» cütünün qalibi ilə
00:00 «D-1» – «B-2» – «D-3» cütünün qalibi ilə

29 sentyabr, Bakı
00:00 «A-1» – «C-2» – «A-3» cütünün qalibi ilə
00:00 «C-1» – «A-2» – «C-3» cütünün qalibi ilə

1/2 final

30 sentyabr, Bakı
00:00 «B-1» – «D-2» – «B-3» cütünün qalibi – «A-1» – «C-2» – «A-3» cütünün qalibi ilə
00:00 «D-1» – «B-2» – «D-3» cütünün qalibi – «C-1» – «A-2» – «C-3» cütünün qalibi ilə

3- yer uğrunda, Bakı

1 oktyabr
16:00

Final
19:00

 

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

Həmin kateqoriyadan