“Simurq” forvardını qovdu

Zaqatalanın “Simurq” klubu çexiyalı futbolçusu Lukas Tresnakla yollarını ayırıb. Allsport.az xəbər verir ki, rəhbərlik 26 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Mövsümün əvvəlində transfer olunan gənc forvard Zaqatala təmsilçisinin heyətində Topaz Premye Liqasında 8 qarşılaşmada, 166 dəqiqə meydanda olub.

Qeyd edək ki, Tresnakın “Simurq”dan qovulmasının səbəbi açıqlanmır.

Həmin kateqoriyadan