“Matç, atmosfer, azarkeşlər möhtəşəm idi”

Premyer liqanın 32-ci turunda “Sumqayıt” evdə “Qarabağ”ı 1:0 məğlub edib. Allsport.az xəbər verir ki, “kimyaçılar”ın məşqçisi Mübariz Orucov oyun haqda danışıb:

“Matç, atmosfer, azarkeşlər möhtəşəm idi. Fanatlara təşəkkür edirəm. Çağırış edirəm ki, bütün oyunlarda belə atmosfer yaratsınlar. Futbolçular da bu gün möhtəşəm oynadı. “Qarabağ”la matçda bu dönəmdə 3 xal qazanmaq vacib idi. “Qarabağ”a avrokuboklarda uğurlar arzulayıram. Həmişə Azərbaycanı layiqincə təmsil ediblər. Bundan sonra da belə olacağına inanıram”.

Həmin kateqoriyadan