“Bu aralar çalışıram mətbuatdan uzaq olum”

5 mayda “Zirə” premyer liqanın 33-cü turunda səfərdə “Turan Tovuz”a 2:1 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov qələbəyə şərh verdi:

“Meydanda böyük savaş getdi. İlk hissədə üstün idik. Bunun sayəsində qol vurduq. Bir zırvəmiz də dirəkdən döndü.

2-ci yarıya rəqib fəal başladı. Futbolçu dəyişiklikləri öz bəhrəsini verdi. Sonra mübarizədə bərabərlik yarandı. Sona yaxın yenə dəqiq olduq.

Ötən turda məğlubiyyətdən sonra ağırlıq vardı. Bu qələbə ilə yenə ruh yüksəkliyi qazandıq. Bu aralar çalışıram mətbuatdan uzaq olum. Hər hansı gərginlik mənə mənfi təsir edə bilər”.

Həmin kateqoriyadan