“Onların öz oyun üslubu var”

Premyer liqanın 32-ci turunda “Neftçi” evdə “Turan Tovuz”a 3:0 qalib gəlib. Allsport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Miodraq Bojoviç oyun haqda danışıb:

“Oyuna yaxşı başladıq. Bilirdik ki, “Turan Tovuz”un çox yaxşı məşqçisi var və meydanda nə etmək istədiklərini bilirlər. Ona görə bu komandanın hədiyyə olmadığını anlayırdıq. Onların öz oyun üslubu var. Təkbətək mübarizələrə çox girirlər. Bu mənada, Yuri Matias və Höccət Haqverdi çox yaxşı iş gördülər”.

Həmin kateqoriyadan