“Daha səliqəli oynamalıyıq”

Premyer liqanın 33-cü turunda “Qarabağ” evdə “Neftçi”ni 5:0 məğlub edib. Allsport.az xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:

“Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün maraqlı oyun olduğunu düşünürəm. Matçdan razı qaldım. Amma daha səliqəli oynamalıyıq. Futbol səhvləri bağışlamır. Bir neçə epizodda rəqib istifadə edə bilərdi. Çox sadə texniki səhvlər etmişdik. Ümumilikdə yaxşı oyun nizam-intizamı var idi. Futbolçularım istəkli idilər. “Neftçi”yə uğurlar arzulayıram”.

Həmin kateqoriyadan