«Uşaq Sportiv» sevindi, millimizin basketbolçusu 2 xal qazandı

Milli komandamızın üzvü Orxan Aydının Türkiyə Basketbol Liqasında forma geyindiyi «Uşaq Sportiv» klubu 13-cü turda öz meydanında «Trabzonspor Medical Park»ı qəbul edib.

Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə oyunun əvvəli bərabər (9:9) şəraitdə keçsə də, sonradan «qırmızı-qaralar» təşəbbüsü ələ alıblar. 3-cü periudda hesabda yenə tarazlıq yaranıb (64:64). Sonda yenidən toparlanan «Uşaq Sportiv» matçı xeyrinə başa vura bilib –  81:78.

Bu mübarizədə həmyerlimiz 2 xal qazanıb. Orxanın komandası hazırda 18 xalla 11-ci yerdədir. «Qırmızı-qaralar» növbəti görüşünü yanvarın 3-də səfərdə «Tofaş»a qarşı keçirəcək.

Həmin kateqoriyadan