Əlaqələndiricilər və məşqçilərlə görüş

AFFA uşaq futbolunun inkişafı, aşağı yaş qrupları üzrə milli komandalar üçün oyunçuların hazırlanması məqsədi ilə “Elit-məşq” layihəsinə start verib. Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar bu gün AFFA-nın inzibati binasında premyer liqada iştirak edən klubların futbol akademiyalarının koordinatorları və məşqçiləri ilə görüş keçirilib.

Aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının koordinatoru, layihənin rəhbəri  Miloş Velebit çıxış edərək layihə və fitnes-testlər barədə ətraflı məlumat verib. Məşq prosesləri üçün hazırlanmış videomaterial iştirakçılara göstərilib. Daha sonra məşqçiləri maraqlandıran məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

Həmin kateqoriyadan