Ən kütləvi turnirin titul sponsoru

Ölkənin ən kütləvi futbol turniri olan “Məktəbli kuboku”nun titul sponsoru adına sahib olmaq istəyən şirkətlər Azərbaycan futbol federasiyaları assosiasiyasına müraciət edə bilər.

Allsport.az saytı xəbər verir ki, 2009-cu ildən etibarən keçirilən yarış ölkənin 76 şəhər və rayonundan olan 1700-dən artıq məktəbi əhatə edir.

Layihə məktəblilərin sosial və fiziki inkişafı, futbolun kütləviliyinin təmin olunması, uşaq futbolunun inkişaf və ümumilikdə məktəblilərin fəal və sağlam həyat tərzinə cəlb edilməsi məqsədi daşıyır.

Həmin kateqoriyadan