Ərtoğrul Sağlam “Traktorsazi”də!

Türkiyəli mütəxəssis Ərtoğrul Sağlam Təbrizin “Traktorsazi” klubunu çalışdıracaq. Allsport.az saytı xəbər verir ki, dünya Azərbaycanlılarının mənəvi paytaxtında bu hadisə böyük çoşğu ilə qeyd edilib. 48 yaşlı məşqçini hava limanında yüzlərlə azarkeş qarşılayıb.

Dünən klub rəhbərliyi onu məscidə aparıb. Türkiyəli mütəxəssis şəhər əhalisi ilə birgə Cümə namazı qılıb. Sonra o, “Traktorsazi” ilə rəsmi müqavilə bağlayıb. O, mövsümün sonunadək Təbrizdə qalacaq. Bunun qarşılığında türkiyəli mütəxəssisin qazancı 380 min dollar olacaq.

Qeyd edək ki, Təbriz təmsilçisi 20 turdan sonra İran premyer-liqasında 21 xalla 11-ci pillədə qərarlaşıb. Ərtoğrul Sağlama gəlincə, o, “Bursaspor”u tarixində ilk çempion edən mütəxəssis kimi Türkiyə futbolunda ad çıxarıb.

Həmin kateqoriyadan