Əsgər Abdullayev istefa vermək istəyir

Topaz Premyerliqasının debütantı “Araz Naxçıvan”, bu gün VII tur çərçivəsində səfərdə “Bakı” komandası ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Əsgər Abdullayev 1:2 hesabı ilə uduzduqları oyun barədə belə deyib:

“Bu oyunla bağlı heç nə deməyəcəyəm.  Nəsə danışmaq çətindir. Bu günə kimi belə hadisələrlə üzləşməmişəm.  Çox çətindir, yeni komanda, yeni futbolçular.

Əgər mən Naxçıvan futboluna xeyir vermirəmsə, gedəcəyəm. Bu gün istefa vermək istəyində olduğumu rəhbərliyə deyəcəyəm. Özüm getmək istəyirəm”.

 

Həmin kateqoriyadan