“1 xaldan daha çoxuna layiq idik”

“1 xaldan daha çoxuna layiq idik”

“Sumqayıt” premyer liqanın V turunda evdə “Şamaxı” ilə 1:1 edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Filipe Kandido fikrini bölüşüb:

“Düşünürəm ki, həm ilk, həm də ikinci hissədə kifayət qədər qol imkanları yaratdıq. Təəssüf ki, bunların birindən başqa heç birindən istifadə edə bilmədik. Bugünkü rəqibimiz də digərləri kimi güclü və təhlükəli idi.

Fikrim düzgün çıxmaya bilər, amma məncə, komandam bu gün bir xaldan daha çoxuna layiq idi. Onlarda müəyyən qədər inkişaf görürəm. Ümidvaram ki, növbəti oyunlarda qələbə qazana biləcəyik”.

Həmin kateqoriyadan