12-ci tur rəqəmlərin gözü ilə

Topaz Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Allsport.az saytı xəbər verir ki, eyni gündə keçiriləcək 12-ci turda 4 oyun baş tutacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələcək cütlərin əvvəlki oyunlarının balansını təqdim edir:

12-ci tur
20 noyabr (çərşənbə axşamı)

“İnter” – “Xəzər Lənkəran” – 29 oyun, +9=15-5, top fərqi 30:25
Cənublularla oyunlarda üstünlüyə malik olan paytaxt təmsilçisi yubiley – 10-cu qələbənin astanasındadır. 30-cu duel öncəsi meydan sahibləri son 4 ev matçında qol da buraxmayıb.

“Bakı” – “Qarabağ” – 47 oyun, +15=15-17, top fərqi 50:60
Son ölkə çempionu 48-ci dəfə qarşılaşacağı rəqiblə maçlarda üstün durumdadır. Lakin ağdamlılar son iki görüşdə 1 xalla kifayətlənib. Üstəlik, paytaxtın eyniadlı təmsilçisi öz meydanında 2 görüşdür uduzmur.

AzAL – “Qəbələ” – 19 oyun, +8=6-5, top fərqi 28:16
20-ci qarşılaşma ərəfəsində “təyyarəçilər” üstünlüyə malikdir. Lakin bakılılar son iki ev qarşılaşmasında məğlub olub. Paytaxt təmsilçisi öz meydanındakı son 5 qarşılaşmada meydanı qolsuz tərk etməyib.

“Simurq” – “Neftçi” – 21 oyun, +1=6-14, top fərqi 8:31
Flaqman indiyədək Zaqatalada məğlub olmayıb. Ümumilikdə cəmi 1 qələbəsi olan “Simurq” son 4 ev matçında qola da həsrət qalıb.

 

Həmin kateqoriyadan