“”Bakı” tarixi ərzində bu hesabla uduzmamışdı”

Topaz Premyer Liqasının VI turunda “İnter”ə 0-7 hesabı ilə uduzan “Bakı”nın baş məşqçisi İbrahim Uzunca düşüncələrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, türkiyəli mütəxəssis böyük hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib:

“İstədiyimiz olmadı. Xüsusən də ilk hissədə çox pis oynadıq. Yaxşı hazırlıq keçməyən futbolçularımızda motivasiya da aşağı səviyyədədir. Hər qoldan sonra oyundan bir az da soyuduq.

Mən bu gün futbolçularımı tanıya bilmədim. Biz bu məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. “Bakı” tarixi ərzində bu hesabla uduzmamışdı. Buna görə üzr istəyirəm. Komandanı daha yaxşı yerlərə gətirmək üçün çalışacağıq”.

Həmin kateqoriyadan