150-ci ev qolu

“Sabah” Azərbaycan çempionatlarında 150-ci ev qolunu vurub.

Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XXXIV turuna təsadüf edib.

“Şamaxı” ilə görüşdə (3:1) komandasının sonuncu qoluna imza atan Pavol Şafranko yubiley qolunun müəllifi olub. Bakı klubu 104-cü ev matçında 150-yə çatıb.

“Sabah”ın premyer liqada ilk ev qolu 2018-ci il sentyabrın 19-da keçirilən “Sumqayıt”la matça (1:4) təsadüf edib.

Həmin kateqoriyadan