- Baxış sayı: 26
- 06 Avqust 2026 10:35
- Baxış sayı: 166
- Avqust 05, 2026
- 0

Azərbaycan premyer liqasının XXIX turunda “Turan Tovuz” “Səbail”lə səfərdə 0:0 hesablı heç-heçəyə razılaşıb.
Allsport.az xəbər verir ki, ASCO arenada keçirilən oyundan sonra Tovuz təmsilçisinin baş məşqçisi Qurban Berdıyev mətbuat konfransında iştirak edib:
“Yaxşı başa düşürük ki, bu gün 2 xal itirdik, nəinki 1 xal qazandıq. Birinci hissə ehtiyatlı oynadıq. İkinci hissədə daha yaxşı idik. Sadəcə 1 qol vurmağımız çatışmadı. Öz aramızda da müzakirə edirik. Ümid edirik ki, qarşıdakı oyunlarda daha yaxşı olacağıq”.