2 yeni transfer

2 yeni transfer

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” heyətini daha iki futbolçu ilə gücləndirib.

Allsport.az xəbər verir ki, Gəncə təmsilçisi müdafiəçi Urfan Abbasov və cinah yarımmüdafiəçisi Kennet Kalunqanı transfer edib.

33 yaşlı Urfan Abbasovla mövsümün sonunadək müqavilə imzalanıb. Təcrübəli futbolçunun son klubu “Araz-Naxçıvan” olub. O, ötən mövsüm bütün turnirlərdə 26 oyunda meydana çıxıb.

“Kəpəz” həmçinin Zambiya millisinin üzvü Kennet Kalunqanı da heyətinə cəlb edib. 29 yaşlı cinah yarımmüdafiəçisi ilə də mövsümün sonunadək müqavilə bağlanıb. Onun son klubu “Mingəçevir” olub.

Həmin kateqoriyadan