Müasir tərtibat, məxsusi naxış və dərin rəmzi məzmunu – “Bakı”!

Müasir tərtibat, məxsusi naxış və dərin rəmzi məzmunu – “Bakı”!

“Kappa” tərəfindən “Neftçi” üçün özəl olaraq hazırlanan, 2026/27 mövsümünün 3-cü oyun dəsti “Bakı” adlanır. Allsport.az xəbər verir ki, bu geyim, klubun doğulduğu şəhərə ithaf olunub və paytaxtın memarlıq irsi ilə “Neftçi”nin zəngin tarixini özündə birləşdirən xüsusi tərtibatı ilə seçilir.

Bakı günəşi kimi sarı boyalı yay köynəyinin ön tərəfində şəhərimizin ən tanınmış nişanlarından olan Qız qalası ilə klubun tarixi və adının ayrılmaz hissəsinə çevrilmiş neft buruğunun təsvirləri əsasında xüsusi naxış hazırlanıb. Bu məqamlar Bakının keçmişi ilə “xalq komandası”nın irsini vahid üslubda birləşdirərək geyimə özül tərz qazandırır.

Köynəyin boyun hissəsində yer alan “Bakı – Neftçidir” yazısı isə klubumuzun şəhərimiz arasında onilliklər ərzində cəmlənmiş ayrılmaz bağı əks edir. Bu ifadə nəsillər boyu davam edən ənənəni, mənsubiyyəti və “Neftçi”nin Bakı futbolunda yerini vurğulayır.

Müasir tərtibat, məxsusi naxış və dərin rəmzi məzmunu ilə “Bakı” forması “Neftçi”nin köklərinə ehtiramın, doğma şəhərimizə sevginin və bu şəhərlə bölüşdüyü ortaq tarixə sədaqətin təcəssümüdür.

Həmin kateqoriyadan