- Baxış sayı: 18
- 13 May 2025 10:00
- Baxış sayı: 89
- May 12, 2025
- 0
“Turan Tovuz” Azərbaycan premyer liqasının XXXII turunda evdə “Şamaxı” ilə heç-heçə edib- 1:1.
Allsport.az xəbər verir ki, oyundan sonra meydan sahibi komandanın köməkçi-məşqçisi Yunis Hüseynov mətbuat konfransında iştirak edib:
“Bu gün qələbə qazanmaq istəyirdik. Üçüncü pilləyə qalxmaq üçün 3 xal bizim üçün çox vacib idi. Əfsuslar olsun ki, istifadə edə bilmədik. Qol vurduq. Tez bir zamanda da qapımızda qol gördük. Ötən oyunda da bu oyunda da rəqib yox özümüz özümüzə epizodlar yaratdıq və qol buraxdıq. Bugünkü oyunda da rəqib səhvdən istifadə etdi. Qarşıda oyunlarımız var. Tam ciddi hazırlaşmaq lazımdır”.