- Baxış sayı: 25
- 05 Noyabr 2026 10:00
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Turan Tovuz” Azərbaycan çempionatlarında 40-cı məğlubiyyətini alıb.
Allsport.az xəbər verir ki, qərb təmsilçisi Azərbaycan premyer liqasının XXXIV turunda evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzub.
40-cı yenilgi 106-cı matça təsadüf edib. Evdə 21-ci dəfə uduzan Tovuz klubu səfərdə 19 məğlubiyyət alıb.
“Turan Tovuz” premyer liqada ilk məğlubiyyətinə 2022-ci il avqustun 8-də “Qəbələ” ilə ev oyununda üzülüb – 0:2.