AFFA-da uşaq futbol məktəbləri ilə görüş

AFFA-nın futbol akademiyasında kütləvi futbol departamentinin müdiri Cahangir Həsənzadə və uşaq-gənclər üzrə yarışların keçirilməsi şöbəsinin müdiri Yusuf Vəliyev ilə Bakı və Sumqayıtda müstəqil fəaliyyət göstərən – “Araz Bakı”, “Stars”, “Gilavar”, “Sumqayıt City”, “Xəzər Buzovna”, “Leon”, “Fənərbağça”, “Avropa futbol məktəbi” – uşaq futbol məktəblərinin rəhbərləri arasında görüş keçirilib. 

Allsport.az saytı xəbər verir ki, tədbird qarşılıqlı fikir mübadiləsi aparılıb, əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, yanvarda bu məktəblərin 5-6 yaşlı uşaqlardan ibarət komandaları arasında AFFA-nın təşkilatçılığı ilə turnirin keçirilməsi, uşaqların ad və soyadlarının qeydiyyat bazasına daxil edilməsi, klublara assosiasiya tərəfindən idman ləvazimatlarının və invertarların verilməsi, oyunçuların transferi ilə bağlı yarana biləcək məsələlərdə köməklik göstərilməsi təklif edilib.

Həmin kateqoriyadan