AFFA hakim səhvini etiraf edib, İvanovu bağışladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda aşağıdakı qərar qəbul olunub:

“Xəzər Lənkəran” klubu Appelyasiya və Ekspert Komitəsinə müraciət edərək, Topaz Premyer Liqasının 4-cü turunun “Xəzər Lənkəran” – “İnter” matçında cənubluların futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqənin düzgün olmadığını və həmin sarı vərəqənin ləğv olunmasını xahiş edib. Appelyasiya və Ekspert Komitəsi bu məsələyə baxılması üçün İntizam Komitəsinə müraciət edib.

İntizam Komitəsi matçın video yazısına baxdıqdan və AFFA Hakimlər Komitəsinin sədrinin bu epizodla bağlı rəyindən sonra aşağıdakı qərarı qəbul edib:

Topaz Premyer Liqasının 4-cü turunun “Xəzər Lənkəran” – “İnter” matçının 59-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqə hakim tərəfindən epizod duzgün qiymətləndirilmədiyinə görə ləğv edilib. (PFL)

Həmin kateqoriyadan