AFFA liqaları ləğv etdi

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq, AFFA-nın bayrağı altında keçirilən liqalarla bağlı təqdimat hazırlanaraq icraiyyə komitəsinin üzvlərinə göndərilib. Allsport.az xəbər verir ki, təqdimatda liqalar barədə ətraflı məlumat, hazırkı vəziyyət və UEFA-nın üzvü olan digər milli assosiasiyalarda pandemiya amili nəzərə alınaraq qəbul olunmuş qərarların qısa xülasəsi öz əksini tapıb.

Xüsusi karantin rejimi ilə əlaqədar AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün telefon zəngi vasitəsilə liqalarla bağlı təqdimatda qeyd olunmuş məsələlər barədə hər bir üzvün münasibəti öyrənilib.

AFFA rəhbərliyi və icraiyyə komitəsinin üzvləri, ilk növbədə, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar Azərbaycan Respuklikasının prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Aparılan geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub: 1. Koronavirus pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər kabineti yanında operativ qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, region liqasında mövsüm başa çatdırılsın. Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunsun.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulsun.

Qalibləri elan olunan liqalarda hazırkı turnir cədvəli aşağıdakı kimidir: 

BAKCELL U-17 LİQASI
YerKomandaOQHMVQBQT/FXal
1Sabah18141365145143
2Zirə18113457233436
3Keşlə18111640142634
4Tufan18104445281734
5Sumqayıt18111636251134
6Qəbələ18102650232732
7Qarabağ18102641301132
8Neftçi1894546301631
9Səbail1885540241629
10Kəpəz187382934-524
11İsgəndər Cavadov BFA1840142772-4512
12Neftçi İK İB1824121440-2610
13Xəzər Lənkəran1820161260-486
14İOEUGİM (Sumqayıt)182016893-856
U-16 LİQASI
YerKomandaOQHMVQBQT/FXal
1Qəbələ22190388157357
2Neftçi22171489177252
3Sumqayıt22145361233847
4Keşlə22142679354444
5Səbail22133660263442
6Qarabağ22123739271239
7Sabah22112957322535
8Neftçi İK İB2267947371025
9Zirə2253143743-618
10Xilə2224161497-8310
11Mil-Muğan22202015122-1076
12İsgəndər Cavadov BFA22121914126-1125
BOULEVARD HOTEL U-15 LİQASI
YerKomandaOQHMVQBQT/FXal
1Qəbələ1615106135846
2Neftçi17131351133840
3Qarabağ17101646222431
4Səbail17100741251630
5Keşlə179353022830
6Sabah1692556134329
7Sumqayıt1683529171227
8Zirə178182928125
9Binə167182932-322
10Kəpəz154291556-4114
11Neftçi İK İB1622121138-278
12Turan Tovuz172015471-676
13İsgəndər Cavadov BFA170116775-681

2. Azərbaycan premyer liqası və birinci divizionla bağlı məsələyə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

3. AFFA-nın gənclər liqası ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

4. Futzal üzrə yüksək liqa, birinci liqa, ikinci liqa və Azərbaycan kuboku ilə bağlı futzal federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunsun. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı futzal federasiyası tərəfindən qərarlar qəbul edilsin.

Həmin kateqoriyadan