“Ağır oyun alındı”

“Araz-Naxçıvan” premyer liqanın XXXI turunda evdə “Turan Tovuz”la heç-heçə edib – 1:1.

Allsport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra mətbuat konfransında iştirak edib:

“Ağır oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bizi nəyin gözlədiyini bilirdik və hazırlıq zamanı rəqibin üstün cəhətlərini bildirmişdik. Heç-heçə oynadıq, aktivimizə daha bir xal əlavə etdik. Heyətimizdə zədəli futbolçular çox olduğuna görə, rotasiya edə bilmirik. Vandersona göstərilən ikinci sarı vərəqə məncə “ucuz” qərar idi. Bu görüşü unudub qarşıdakı oyunlara hazırlayacağıq”.

Həmin kateqoriyadan