“Al qurdlar” çalışmaya başladı

“Al qurdlar” çalışmaya başladı

“Araz-Naxçıvan” yeni mövsüm bu gün Bakı olimpiya stadionunun ehtiyat meydançasında ilk məşqinə çıxıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Cavid Hüseynov yeni transferlərlə bərabər, əvəzedici heyətdən də bir neçə futbolçunu hazırlığa cəlb edib.

İyulun 12-dək gündə bir dəfə məşq keçəcək futbolçular ertəsi gün təlim-məşq toplanışına start verəcək. Dünən cərrahiyyə əməliyyatı olunan İbrahim Piriyev isə 3 həftədən heyətə qoşulacaq.

Həmin kateqoriyadan