Almaniya tennisi tarixinə düşdü

Almaniya tennisi tarixinə düşdü

Almaniyalı tennisçi Aleksandr Zverev karyerasında ilk dəfə Uimbldon turnirinin finalına yüksəlib.

Allsport.az xəbər verir ki, dünya reytinqinin 3-cü pilləsində qərarlaşan tennisçi yarımfinalda britaniyalı Artur Ferini 7:6 (7:0), 6:2, 6:4 hesabı ilə məğlub edib.

Bununla da Zverev Uimbldon tarixində finala yüksələn beşinci alman tennisçi olub. Ondan əvvəl bu uğura Boris Bekker (7 final, 3 çempionluq), Mixael Ştix (1 final, 1 çempionluq), Vilhelm Bunqert (1 final) və Qotfrid fon Kramm (3 final) nail olublar.

Aleksandr Zverev finalda dünya reytinqinin lideri, italiyalı Yannik Sinnerlə serbiyalı Novak Cokoviç arasında keçiriləcək digər yarımfinal görüşünün qalibi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan