Mükafat fondu azaldılıb

Mükafat fondu azaldılıb

Tennis idman növündə ilin yekun turnirinin ümumi mükafat fondu 10 milyon dollar (17 milyon manat) təşkil edəcək ki, bu da ötən illə müqayisədə 35,5 faiz azdır.

Allsport.az xəbər verir ki, ümumi məbləğin 8 milyon dolları fərdi, 2 milyon dolları isə cütlüklər yarışına ayrılacaq.

Turniri məğlubiyyətsiz başa vuran çempion ümumi iştirak ödənişləri də daxil olmaqla 3,37 milyon dollar qazanacaq.

Qrup mərhələsində üç oyun keçirən hər tennisçi ən azı 220 min (374 min manat) dollar əldə edəcək. Ötən il bu məbləğ 340 min dollar olub. Qrupda qələbə üçün əlavə 230 min dollar (əvvəlki il 355 min dollar), yarımfinaldan keçərək finala yüksəlmək üçün 820 min dollar (əvvəlki il 1,29 milyon dollar), çempionluq üçün isə əlavə 1,64 milyon dollar (əvvəlki il 2,54 milyon dollar) veriləcək.

Turnir noyabrın 8-dən 15-dək ABŞ-ın İndian Uells şəhərində qapalı sərt örtüklü kortda keçiriləcək.

Həmin kateqoriyadan