Mübarizəni dayandırdı

Mübarizəni dayandırdı

Dünyanın 8-ci raketkası Artur Fis Bazeldə keçirilən ATP-250 turnirinin 1/4 finalında mübarizəni dayandırıb.

Allsport.az xəbər verir ki, fransalı tennisçi amerikalı Teylor Fritslə qarşılaşmanın gedişində zədələnərək oyunu yarımçıq tərk edib.

Görüş Fritsin 6:2, 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Teylor Fritz yarımfinalda Monako təmsilçisi Valentin Vaşero ilə qarşılaşacaq.

Həmin kateqoriyadan