“Onu məşqdə dayandırmalı olurdum” 

“Onu məşqdə dayandırmalı olurdum” 

Keçmiş dünya üçüncüsü David Ferrer almaniyalı tennisçi Aleksandr Zverevin məşqlərə münasibətindən danışıb.

Allsport.az xəbər verir ki, 2020-2021-ci illərdə Zverevlə çalışmış ispaniyalı mütəxəssis onun əsl zəhmətkeş olduğunu bildirib:

“Zverev əsl heyvandır. O, tennisə vurğundur. İnsanlar onun nə qədər yorulmaz çalışdığını anlamırlar. Məşqlər zamanı bəzən onu dayandırmalı olurdum. Məşqin bitdiyini deyəndə isə ‘Mən səni məşqçi kimi işə götürmüşəm, niyə bu qədər məşq etdin?’ deyə soruşurdu. O, fərqli oyunçudur. Tennisə olan sevgisi məni heyrətləndirirdi”.

Həmin kateqoriyadan