Karyerasını başa vurdu

Karyerasını başa vurdu

Rumıniyalı tennisçi Sorana Kırstya peşəkar karyerasının sonuncu oyununu keçirib.

Allsport.az xəbər verir ki, 36 yaşlı tennisçi Honkonqda təşkil olunan turnirin 1/4 final mərhələsində Aleksandra Şubladze ilə qarşılaşıb. Kırstya rəqibinə 2:6, 3:6 hesabı ilə uduzub.

Rumıniyalı raketka ustası karyerasını reytinqdə özünün ən yüksək göstəricisi olan 15-ci pillədə başa vurub. O, bu mövqeyə 2026-cı ilin sentyabrında yüksəlib.

Kırstyanın aktivində VTA turnirlərində təklər üzrə 4 titul var. O, 2013-cü ildə Torontoda keçirilən VTA-1000 turnirinin finalına yüksəlib və həlledici görüşdə Serena Uilyamsa məğlub olub.

Cütlüklər yarışında isə rumıniyalı tennisçi 7 titul qazanıb.

Həmin kateqoriyadan