- Baxış sayı: 44
- 05 Noyabr 2026 10:33
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İspaniyalı tennisçi Karlos Əlqərəz Parisdə keçirilən “Ustadlar” turnirinin 1/4 finalına yüksəlib.
Allsport.az xəbər verir ki, dünya reytinqinin üçüncü pilləsində qərarlaşan tennisçinin üçüncü raunddakı rəqibi Matteo Berrettini matç başlamazdan əvvəl yarışdan çəkilib.
Bu, ispaniyalının cari mövsümdə 1/4 finala yüksəldiyi səkkizinci turnirdir. O, əvvəlki yeddi belə mərhələdə 6 qələbə və 1 məğlubiyyət əldə edib.
Əlqərəz yarımfinala yüksəlmək uğrunda Artur Fis – Teylor Fris matçının qalibi ilə qarşılaşacaq.