- Baxış sayı: 53
- 16 Noyabr 2026 10:31
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Mirra Andreyeva VTA-nın ilin yekun turnirinin finalında Elina Svitolinanı məğlub edərək çempion olub – 7:5, 6:3.
Allsport.az xəbər verir ki, 19 yaşlı rusiyalı tennisçi bu turnirdə ilk dəfə fərdi yarışda iştirak edib və debütündə çempionluq qazanıb. O, 2004-cü ildə Mariya Şarapovadan sonra bu uğura imza atan ilk rusiyalı tennisçi olub.
Andreyeva karyerasında 7-ci, cari mövsümdə isə 4-cü titulunu qazanıb. O, 2026-cı ildə “Roland Qarros”un, eləcə də Adelaide və Linzdə keçirilən VTA-500 turnirlərinin qalibi olub.
Rusiyalı tennisçi bununla da mövsümdəki qələbələrinin sayını 55-ə çatdırıb və bu göstəricidə Yelena Rıbakinanı geridə qoyaraq turun lideri olub.
Andreyeva Svitolinaya karyerasında üçüncü, bu turnirdə isə ikinci dəfə qalib gəlib. Beləliklə, şəxsi qarşılaşmalarda hesab 3:1 olub.
Andreyeva mövsümü dünya reytinqinin ikinci pilləsində başa vuracaq.