Karyerasında 25-ci finalına çıxdı

Karyerasında 25-ci finalına çıxdı

Teylor Frits Stokholmda keçirilən ATP-250 turnirinin yarımfinalında Lorenso Musettini məğlub edib – 6:4, 6:2.

Allsport.az xəbər verir ki, amerikalı tennisçi bu qələbə ilə karyerasında 25-ci, cari mövsümdə isə 6-cı dəfə finala yüksəlib.

Dünya reytinqinin 10-cu pilləsində qərarlaşan tennisçi titul uğrunda argentinalı Tiaqo Tirante ilə qarşılaşacaq. Tirante üçün bu, karyerasının ilk finalı olacaq. Tennisçilərin şəxsi görüşlərində argentinalı 1:0 öndədir. Onların bu mövsüm Monrealda baş tutan yeganə qarşılaşmasında Tirante qalib gəlib.

Həmin kateqoriyadan